Azərbaycanlı Kanadalılar Şəbəkəsi  ermənilərin hücumu ilə bağlı məlumat yaydıbackend

Azərbaycanlı Kanadalılar Şəbəkəsi ermənilərin hücumu ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 2-ə keçən gecə Kanadanın azərbaycanlı icmasının iki nümayəndəsi Toronto şəhərində bir qrup erməni icmasına mənsub olan şəxslər tərəfindən hücuma məruz qalıblar.

Azərbaycanlı Kanadalılar Şəbəkəsindən Trend-ə verilən məlumata görə, ermənilər iki azərbaycanlıya hücum edib və öz avtomobilləri ilə azərbaycanlıların avtomobillərini əziblər. Hadisə nəticəsində bir soydaşımız ayağından yaralanıb və ona təcili tibbi yardım göstərilib. Hücum edənlər soyuq silah, pnevmatik tapança və beysbol taxtaları ilə silahlı olublar. Hücuma məruz qalanların avtomobilinə böyük ziyan vurulub.

Toronto şəhər polisi cinayət baş verən əraziyə çağrılıb və hal-hazırda hadisəni araşdırmaqdadır.