Azərbaycanlıları xaricdə cinsi istismara məruz qoyan qadına hökm oxundubackend

Azərbaycanlıları xaricdə cinsi istismara məruz qoyan qadına hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Samirə İbrahimovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü S.İbrahimova Azərbaycandan qadınları iş adı ilə Türkiyə və digər ölkələrə apararaq, onları cinsi istismara məruz qoyub.

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.1-ci (İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

S.İbrahimova Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə axtarışa verilib. Daha sonra S.İbrahimova Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib.