Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Lənkəran şəhərində keçiriləcək.
İnterpress.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq.
Aksiya Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” dekabrın 13-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.