Azəristiliktəchizat” ASC əhalini normal istiliklə niyə təmin etmir?backend

“Azəristiliktəchizat” ASC əhalini normal istiliklə niyə təmin etmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin  sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev qış fəslinin yaxınlaşdığı ərəfədə Bakı şəhərinin qış mövsümünə hazır olması barədə dövlətə və ictimaiyyətə yalan informasiya verməyə vərdiş edib.

İnterpress.az olaraq əhalinin çoxsaylı şikayətlərini araşdırarkan məlum olur ki, İlham Mirzəliyev təşkilatın istilik mövsümünə hazırlıq tədbirləri haqqında dediklərinin əksəriyyəti yalandan başqa bir şey deyil. Guya qış mövsümünə hazırlıq tədbirlərinin icrası ilə bağlı işlərin gedişatı müzakirə edilmiş, nəzərdə tutulmuş tədbirlərin, xüsusilə magistral və məhəllədaxili istilik xətlərində təmir işlərinin qısa müddət ərzində başa çatdırılması ilə bağlı ölkə rəhbərliyinə yalan məlumat verilib.

Siz nə vaxta qədər ölkə prezidentini, ictimaiyyəti yalan məlumatlarla aldadıb, əhaliyə normal istilik verməkdən yayınacaqsınız, cənab İlham Mirzəliyev?

Əgər Bakı şəhərinin mərkəzini qışın soyuğunda normal istiliklə təmin edə bilmirsinizsə, o zaman hesabat verin, ASC-yə ayrılan külli miqdarda pul vəsaitini hara və nəyə xərcləmisiniz?!

Təbii olaraq, rüşvətxorluq və korrupsiyanın dərin izi fəaliyyətinizdə çox aydın görünür dövlət pulunun prokurorluq orqanlar tərəfindən yoxlanılması normal istiliklə təmin olunmayan vətəndaşların gündəliyində olduğunu unutmayın və təcili tədbir görün!

intetpress.az