Azyaşlıların işi üzrə nazir 16 yaşlı yeniyetmədən uşaq DÜNYAYA GƏTİRDİbackend

Azyaşlıların işi üzrə nazir 16 yaşlı yeniyetmədən uşaq DÜNYAYA GƏTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslandiyalı nazir 16 yaşlı yeniyetmədən uşaq dünyaya gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə İslandiya mediası məlumat yayıb. Bildirilir ki, İslandiyada yetkinlik yaşına çatmayanların işləri üzrə nazir Austildur Loya Thoursdouttir 16 yaşlı oğlanla cinsi əlaqədə olduğu üçün işdən qovulub.

58 yaşlı qadın siyasətçi 30 ildən çox bir yeniyetmə ilə görüşdüyünü etiraf edib.

O, 23 yaşında dini bir təşkilatda çalışıb, orada bir oğlanla tanış olub və bir il sonra ondan uşaq dünyaya gətirib.

Nazirin keçmişi hamıya bəlli olduqdan sonra o, istefa vermək qərarına gəlib.

Xuraman Etibarlı

İnterpress.az