Bakı, İrəvan və Moskva. Başqa heç kim lazım deyil – Putinbackend

Bakı, İrəvan və Moskva. Başqa heç kim lazım deyil – Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Azərbaycanla Ermənistana sərhəd məsələsində yardım edə bilər.

Turkustan.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Valday forumundakı çıxışında deyib.

O bildirib ki, Rusiya sərhəd məsələsində açar rolunu oynaya bilər:

“Bu gün əsas məsələ sərhəddəki situasiyanın son tənzimlənməsidir. Burda, əlbəttə, Rusiyanın iştirakı olmadan nəsə etmək mümkün deyil. Burda bizə kimsə lazım deyil – yalnız Azərbaycan, Ermənistan və Rusiya. Çox sadə və praqmatik məsələlər var: bəli, Rusiya ordusunun Baş Qərargahında xəritələr mövcuddur, orda müttəfiq respublikaların sovet dövründəki sərhədləri göstərilib. Orda elə məsələlər var ki, qarşılıqlı kompromis tələb edir: hansısa yerdə nələrisə dəyişmək, hansısa yerdə götürmək… Yalnız bu cür tanınmaqla hər iki tərəfə sərfəli ola bilər”.

Putin əlavə edib ki, Rusiya çoxtərəfli nizamlama formatını da təklif edir, o cümlədən Minsk Qrupunun aktivləşməsini.