Bakıda ağır qəzada 4 nəfər yaralandı – FOTOLARbackend

Bakıda ağır qəzada 4 nəfər yaralandı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Qəza Abşeron rayonu Masazır qəsəbəsi Masazır-Novxanı yolunda qeydə alınıb. İki “Lada” markalı, 15-BV-216 və 99-VK-812 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

 

Avtomobilin deformasiya uğramış salonundan şəxsləri çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

 

Avtomobildən çıxarılan sürücü və sərnişin aydiyyatı üzrə təhvil verilib.

 

İnterpress.az