Bakıda iki qol vuran futbolçu Fransa klubuna keçdibackend

Bakıda iki qol vuran futbolçu Fransa klubuna keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Liverpul”un futbolçusu Cerdan Şakiri karyerasını Fransada davam etdirəcək. İsveçrə millisinin Kosovo əsilli üzvü “Lion”la anlaşıb.

“Lion” klubu “Liverpul”la bu keçid barədə razılığa gəldiklərini açıqlayıb.

Qeyd edək ki, Cerdan Şakiri 2018-ci ildən “Liverpul”da çıxış edir. 29 yaşlı yarımmüdafiəçi əvvəl “Bayern” və “İnter” kimi klubların da şərəfini qoruyub.

Xatırladaq ki, Cerdan Şakiri AVRO-2020-nin A qrupunun Türkiyə ilə oyununda dubl müəllifi olub. İsveçrənin Bakı Olimpiya Stadionunda 3:1 hesabı ilə qalib gəldiyi matçda ikinci və üçüncü qollara Şakiri imza atıb.