Bakıda istifadəsiz kafe qarət olundubackend

Bakıda istifadəsiz kafe qarət olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yarımçıq tikilidən oğurluq edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Qəsəbə sakini Zakir Mahmudzadəyə məxsus, sökülməkdə olan kafedə ümumi dəyəri 1 800 manat olan soyuducu və digər məişət əşyaları oğurlanıb.

Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri – əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi üzrə məhkum olunmuş 1981-ci il təvəllüdlü Tahir Musayev və 1990-cı il təvəllüdlü Ruslan Tağıyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

İnterpress.az