Bakıda köşkdən 1 500 manatlıq oğurluq edildibackend

Bakıda köşkdən 1 500 manatlıq oğurluq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bakıda köşkdən oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da rayon ərazisindəki köşklərin birindən 1 500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini M.Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

İnterpress.az