Bakıda Ronaldunun iştirakı ilə keçiriləcək oyuna biletlər satışa çıxarılır – QİYMƏTLƏRbackend

Bakıda Ronaldunun iştirakı ilə keçiriləcək oyuna biletlər satışa çıxarılır – QİYMƏTLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya çempionatı-2022-nin seçmə məhələsi çərçivəsində sentyabrın 7-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.

COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun tutumunun 50%-i qədər azarkeş buraxılacaq.

Azərbaycan – Portuqaliya oyununa biletləri “iticket” mobil tətbiqi, veb-saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən “iticket” bilet satış məntəqələrindən əldə etmək olar.

Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür.

Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur. Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar.

Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 AZN-dir.

Azarkeşlər stadiona COVID-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq.