Bakıda üç qız yoxa çıxdıbackend

Bakıda üç qız yoxa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda üç qız itkin düşüb.

Hadisələrdən biri Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini Əliyeva Aydan Elçin qızı avqustun 5-də evdən çıxaraq, naməlum istiqamətdə gedib.

Bu barədə onun anası Y.Mirvilişova rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.

Digər hadisələr Nizami rayonunda olub.

14 yaşlı rayon sakini Allahverdiyeva Şəlalə Niyazi qızı evdən gedərək qayıtmayıb. Bu barədə onun anası M.Həsənova rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinə müraciətində bildirib.

Bundan əlavə, Nizami rayon sakini Darılmaz Kezban Mətin qızı avqustun 16-da rəfiqəsinin evinə getmək adı ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb. Hadisə barədə onun anası İ.Darılmaz 24-cü Polis Şöbəsinə bildirib.

Faktlarla bağlı adları çəkilən şöbə və bölmələrdə araşdırma aparılır.