Bakıdan Aktauya uçan təyyarədə enişdən sonra texniki nasazlıqla bağlı siqnal işə düşübbackend

Bakıdan Aktauya uçan təyyarədə enişdən sonra texniki nasazlıqla bağlı siqnal işə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Aktau istiqamətində uçuş həyata keçirən “Gulfstream” tipli təyyarə uğurlu eniş etdikdən sonra təyyarənin yerdə idarəolunması zamanı göyərtəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

“Lakin təyyarənin sisteminin pilotlar tərəfindən yenilənməsindən sonra məlum olub ki, təyyarədə heç bir texniki nasazlıq yoxdur və təyyara uçuşa hazırdır. Təyyarədə sərnişin olmayıb”, – məlumatda qeyd edilib.