Qazaxıstanda Almatı Hava Limanında təyyarə avtomobillə toqquşub.
“FlyJet.kz” şirkətinə məxsus təyyarə Bakıdan Almatı şəhərinə reys həyata keçirib.
İnsidentlə bağlı digər detallar açıqlanmayıb. Xəsarət alanların olub-olmaması da hələ məlum deyil.
Qeyd edək ki, bu təyyarə Konfrans Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la qarşılaşan “Kayrat” klubunu da Bakıdan Qazaxıstana aparırdı.






