Moskva bankının direktorlar şurasının üzvü müştərinin 180 milyon rublunu (təxm. 3 milyon 102 min man) oğurlayaraq ölkədən qaçmaq istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Moskva bankının direktorlar şurasının üzvü müştərinin seyfindən təxminən 180 milyon rubl oğurlayaraq ölkədən qaçmağa cəhd edib.
Belə ki, dekabrın 20-də Milli Əmanət Bankının müştərisi nağd pul almaq üçün filiala gəlib. Lakin o, faciəli sürprizlə qarşılaşıb: əmanətlərinin çoxu yoxa çıxıb. Söhbət çox ciddi bir məbləğdən gedir – bir aydan az əvvəl qadın banka 270 milyon rubl (təxm. 4 milyon 600 min man) həvalə etmişdi.
Polis araşdırmaya başlayıb. Bank işçiləri isə öz növbəsində daxili araşdırmaya başlayıblar.
İstintaq zamanı məlum olub ki, bank işçisi, 38 yaşlı Aleksey Qostyuxin müştərinin seyfinə girə bildiyi üçün oğurluqda əli ola bilər.
Müstəntiqlər müəyyən ediblər ki, oğurluqdan dərhal sonra Qostyuxin təyyarə biletləri alıb. O, uçmağa macal tapmayıb – onu birbaşa hava limanında saxlayıblar.
Qostyuxinə qarşı oğurluq işi açılıb. O, oğurladığı pulların bir hissəsini kriptovalyutaya çevirməyi bacarıb.
Xuraman Etibarlı
İnterpress.az