“Barometrik şok” – Valideynlər uşaqlarda yuxusuzluq və isterikadan ŞİKAYƏTLƏNİRLƏRbackend

“Barometrik şok” – Valideynlər uşaqlarda yuxusuzluq və isterikadan ŞİKAYƏTLƏNİRLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada uşaqlara “barometrik şok” hücum edib. Valideynlər kütləvi şəkildə uşaqlarında yuxusuzluq və isterikadan şikayətlənirlər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Mərkəzi Federal Dairənin pediatrları bildirirlər ki, son günlər valideynlərin uşaqlarının qəribə davranışları ilə bağlı şikayətlərinin sayı kəskin artıb:

— 2 yaşa qədər uşaqlar yatmır, ağlayır və adi üsullarla sakitləşə bilmirlər;
— 2 yaşdan 5 yaşa qədər — 1,5-2 saat ərzində qəzəblənirlər, əsəbilikləri normadan kənara çıxır;
— İştahın azalması, laqeydlik, cizgi filmlərinə belə maraq olmaması.

Səbəb yəqin ki, atmosfer təzyiqinin kəskin sıçrayışlarındadır. İnsanlar da baş ağrıları, qanaxma və güc itkisindən kütləvi şəkildə şikayət edirlər.

Hidrometeorologiya Mərkəzi izah edir ki, bütün bunlar Asiya antisiklonunun güclü olması ilə bağlıdır.

Xuraman Etibarlı

İnterpress.az