“Barselona”da 10 nömrəli formanı geyinəcək futbolçunun adı açıqlanıbbackend

“Barselona”da 10 nömrəli formanı geyinəcək futbolçunun adı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” klubunda 10 nömrəli formanı geyinəcək futbolçunun adı bəlli olub., bu forma 19 yaşlı hücumçu Ansu Fatiyə həvalə edilib.

Daha əvvəl 10 nömrəli futbolkada Fransa PSJ-sinə keçən argentinalı futbolçu Lionel Messi çıxış edib.

Qeyd edək ki, Ansu Fati “Barselona”nın yetirməsidir. O, 2020/2021 mövsümündə 10 oyun keçirib, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard 2020-ci ilin noyabrından dizindəki zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.