Baş nazir onu təhqir edən müğənnini MƏHKƏMƏYƏ VERDİ – FOTObackend

Baş nazir onu təhqir edən müğənnini MƏHKƏMƏYƏ VERDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın baş naziri onu təhqir edən müğənnini məhkəməyə verib.

İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

Bildirilıir ki, İtaliyanın baş naziri Giorgia Meloni onu “nəcis” adlandıran “Plesebo” qrupunun solisti Brayan Molkonu məhkəməyə verib.

Buna səbəb onun 2023-cü ildə Turində verdiyi konsert zamanı Melonini “faşist”, “irqçi” və “nəcis parçası” adlandırması olub.

Tamaşadan sonra polis şikayət edib və Turin prokurorluğu dövlət məmurunu böhtan və təhqirlə bağlı araşdırmaya başlayıb.

İtaliya qanunlarına görə, bu cür ifadələr üç ilə qədər həbslə cəzalandırıla bilər. Lakin Ədliyyə Nazirliyinin sözçüsünə görə, Molkonu böyük ehtimalla 5 min avroya qədər cərimə gözləyir.

Meloni ilk dəfə deyil ki, onu tənqid edənləri məhkəməyə verir. 2022-ci ildə o, immiqrasiya siyasətindən sərt danışan məşhur italyan yazıçısı, “Qomorra” kitabının müəllifi Roberto Savianonu məhkəməyə verib. Saviano 1000 avro cərimələnib.

Xuraman Etibarlı

İnterpress.az