Baş nazir Saakaşvilini “dovşan” adlandırdıbackend

Baş nazir Saakaşvilini “dovşan” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvili “dovşan” adlandırıb.

 

hökumət başçısı Saakaşvilini həbslə hədələyərək deyib:

“Əgər o gəlmək istəyirsə, qoyun gəlsin. 8-9 il ötüb, sizcə, o hələ də niyə qayıtmır? Çünki qorxaq, dovşan və xoflu insandır”.

Bundan əlavə, Qaribaşvili eks-prezident üçün həbsxana inşa etdirəcəyini söyləyib.

“Mən çox istərdim ki, Saakaşvili qayıtsın, biz çox yaxşı əylənəcəyik. Mən söz verirəm ki, ona çox gözəl qalstuk kolleksiyası düzəldəcəm və təmir olunmuş həbsxanaya aparacam. Bu Saakaşvilinin qismətidir”. (modern.az)