Baş nazir: “Slovakiya Ukraynaya hərbçi göndərməyəcək”backend

Baş nazir: “Slovakiya Ukraynaya hərbçi göndərməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib ki, ölkə Ukraynaya ordusunu göndərmək niyyətində deyil.

İnterpress.az “The Epoch Times” nəşrinə istinadən xəbər verir ki, bununla o, Fransa Prezidenti Emmanuel Makronun Avropa qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı növbəti açıqlamasına cavab verib.

Onun sözlərinə görə, Ukrayna NATO-nun üzvü deyil və Slovakiyanın Ukrayna münaqişəsi ilə heç bir əlaqəsi yoxdur.

“Bütün Slovakiyaya açıq deyirəm, kim bizdən nə istəyir istəsin, Slovakiya əsgərinin ayağı Slovakiya-Ukrayna sərhədindən keçməyəcək”, – Baş nazir vurğulayıb.