Bayden ABŞ-da siyasətə görə zorakılığın artmasından danışıbbackend

Bayden ABŞ-da siyasətə görə zorakılığın artmasından danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Cozef Bayden ölkədə siyasi səbəblərdən tez-tez zorakılığa əl atıldığını bildirib.

O, belə bir bəyanatla Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ərinə hücum fonunda çıxış edib.

“Bu iyrəncdir. Buna Amerikada yer yoxdur. Həddindən artıq zorakılıq, siyasi motivli zorakılıq, həddən artıq nifrət, həddindən artıq təcavüz”, – C.Bayden deyib.

O, hücum edən şəxsin 2021-ci ilin yanvarında Kapitoliyə hücumunun iştirakçıları ilə eyni sözləri qışqırdığını vurğulayıb: “Nensi haradadır? Nensi haradadır?”. Pelosinin ABŞ-da üçüncü ən mühüm postu tutduğunu xatırladan Bayden əlavə edib: “Mən bunu uydurmuram. Belə bildirirlər”.