“OpenAI” agenti dövlət portalına DAXİL OLDUbackend

“OpenAI” agenti dövlət portalına DAXİL OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“OpenAI” agenti Avstraliya hökumətinin saytına qanunsuz daxil olub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Avstraliyanın Baş naziri Entoni Albanese “OpenAI” şirkəti tərəfindən hazırlanmış süni intellekt agentinin iyun ayında ölkənin hökumət saytına müdaxilə etdiyini bildirib.

Süni intellekt “Medicare” ümumi səhiyyə sisteminə aid məxfi olmayan məlumatların yer aldığı statistik portalına icazəsiz giriş əldə edib. Bu, hökumət saytına süni intellekt vasitəsilə edilən ilk açıq sənədləşdirilmiş hücumlardan biri hesab olunur.

“OpenAI” şirkəti insident barədə yalnız avqust ayında xəbər tutduğunu və Avstraliya rəsmilərini sentyabrın 10-da məlumatlandırdığını açıqlayıb.

Baş nazir Albanese şirkətin rəhbəri Sem Altman ilə şəxsən danışaraq xəbərdarlığın gecikdirilməsi ilə bağlı ölkəsinin ciddi narahatlığını bildirib.

Hazırda Avstraliyanın kibertəhlükəsizlik agentliyi tərəfindən araşdırma aparılır, lakin ilkin məlumatlara görə xəstələrin şəxsi tibbi qeydlərinə giriş olunmayıb.

Xuraman Etibarlı

İnterpress.az