Süni intellekt 80 ildən çox əvvəl şifrələnmiş Alman radioqramını deşifrə edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Carter Leffen” məlumat yayıb.
Tərtibatçı Karter Leffen GPT-6 Astra Extra High modelindən istifadə etməklə 10 iyul 1941-ci il tarixli, Enigma ilə şifrələnmiş 82 simvoldan ibarət Alman hərbi radioqramını deşifrə etdiyini bildirib.
Onun sözlərinə görə, süni intellekt arxiv materiallarını təhlil edib, Enigma simulyatoru yaradıb, kriptoanaliz kodu yazıb və müxtəlif açarları sınaqdan keçirib.
Nəticədə, onlar bir Alman əsgərinin istiqamət istədiyi, Rozenovda olduğunu bildirdiyi və təcili radio cavabı tələb etdiyi mətni yenidən qura bildilər.
Layihənin kodu və məlumatları yayımlansa da, nəticənin müstəqil mütəxəssislər tərəfindən tam yoxlanılması hələ davam edir.
Xuraman Etibarlı
İnterpress.az






