Sərhəd təhlükəsizliyi və qeyri-qanuni immiqrantlar məsələsinin ən mühüm daxili siyasət mövzusu olduğu ABŞ-da prezident Co Bayden və keçmiş prezident Donald Tramp eyni gündə Texasa səfər ediblər.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca Bayden və Tramp eyni gün ABŞ-Meksika sərhədinə gedərək seçicilərə sərhəd təhlükəsizliyi ilə bağlı mesajlar verib.
ABŞ prezidenti Bayden sərhəd təhlükəsizliyi ilə bağlı son vəziyyəti yerində araşdırmaq üçün Texasın Brownswille bölgəsinə səfər edib.
Sərhəd xidmətinin rəsmilərindən qeyri-qanuni mühacirlərin keçidi və sərhədlə bağlı təhlükəsizlik tədbirləri ilə bağlı məlumat alan Bayden, ABŞ-Meksika sərhədini daha təhlükəsiz edəcəklərini bildirib.
Bayden qeyri-qanuni mühacirlərin ən çox istifadə etdiyi Rio Qrande çayının kənarını yoxlayıb: “Amerika xalqının burada nə əldə etməyə çalışdığımızı bilməsini istəyirəm”.
Digər tərəfdən, sərhədin başqa bir nöqtəsində Texas qubernatoru Greg Abbott ilə görüşən və sıfır nöqtəni yoxlayan Tramp qeyri-qanuni mühacirlərin ABŞ-a çox asanlıqla daxil ola biləcəyini müdafiə edib və bildirib ki, u, Co Baydenin yaratdığı bir işğaldır.
Texas ştatının Eagle Pass bölgəsindəki təmasları zamanı tez-tez “prezident olsa, sərhədləri təhlükəsiz edəcək” deyən Tramp Bayden administrasiyasının siyasətini tənqid edib.
Respublikaçıların təşviqat qrupunun verdiyi bəyanatda bunun Baydenin səfərini Trampın əvvəllər elan edilmiş səfəri ilə üst-üstə salmaq üçün “qeyri-səmimi cəhd” olduğu bildirilib.
Bayden və Trampın Texasa eyni günə təsadüf edən səfərləri 2024-cü il prezident seçkilərinə aparan prosesdə “Demokratlar və Respublikaçılar arasında sərhəd təhlükəsizliyi ilə bağlı səs toplamaq yarışı güclənəcək” kimi şərh edilir.