Baydenin yaşadığı şəhərdə silahlı İNSİDENT: İnsanlara ATƏŞ AÇILDIbackend

Baydenin yaşadığı şəhərdə silahlı İNSİDENT: İnsanlara ATƏŞ AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də Baydenin iqamətgahı yerləşən şəhərdə atışma baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Polislə atışma zamanı cinayətkar zərərsizləşdirilib, hadisə Uilminqtonda baş verib.

Məlumata görə, ABŞ-nin Delaver ştatının Uilminqton şəhərində naməlum şəxs insanlara atəş açıb.

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Co Baydenin iqamətgahı məhz bu şəhərdə yerləşir.

Hadisə yerinə gələn polis əməkdaşları ilə cinayətkar arasında atışma baş verib. Nəticədə təcavüzkar zərərsizləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az