Bayram namazının vaxtı açıqlanıbbackend

Bayram namazının vaxtı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramazan bayramının namazı martın 30-u bəzi məscidlərdə saat 8.00-da, əksərlərində isə 9.00-da başlayacaq.

İnterpress.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

“Namazın vaxtının təyinatı məscid imamlarının ixtiyarındadır. Məscidin icma rəhbəri və imamı məsləhətləşərək uğun vaxt təyin edirlər. Məscid camaatı 1 gün öncədən imamdan və ya icma rəhbərindən məlumatı dəqiqləşdirə bilər”, – QMİ sədrinin müavini qeyd edib.