BDU 5 manatlıq şirkətlə 330 minlik müqavilə bağlayıb? – AÇIQLAMAbackend

BDU 5 manatlıq şirkətlə 330 minlik müqavilə bağlayıb? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) tədris və yardımçı binalarının yanğından mühafizəsi üçün kommunikasiya və hidrant sistemlərinin layihələndirilməsi işlərinin satınalınması ilə bağlı müqavilə bağlanıb.

Layihələndirmə işlərini “AAB LAYİHƏ-TİKİNTİ” MMC görəcək.

Bəzi KİV-lərdə yayılan məlumata görə, müqavilənin şərtlərinə görə, BDU şirkətə 330 min manat ödəyəcək. Məlumatda həmçinin o da qeyd olunur ki, “AAB LAYİHƏ-TİKİNTİ” MMC 7 dekabr 2017-ci ildə yaradılıb. Nizamnamə kapitalı 5 manatdır. Hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə küçəsi ev 80,m.6-dır.

BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri Günel İsgəndər məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verib.

O bildirib ki, əslində müqavilənin dəyəri 330 min deyil, 33 min manatdır: 

“Bakı Dövlət Universitetinin (BDU) 2020-ci il 22 oktyabr tarixində elan etdiyi “BDU-nun tədris və yardımçı binalarının yanğından mühafizəsi üçün kommunikasiya və hidrant sistemlərinin layihələndirilməsi işlərinin satınalınması” açıq tenderinin qalibi 33000 (otuz üç min) manat tender təklifi ilə “AAB LAYİHƏ-TİKİNTİ” MMC elan olunmuş və qalib şirkətlə satınalma müqaviləsi bağlanılmışdır.

Tenderin nəticələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 2021-ci il 12 yanvar tarixində qeydə alınmışdır. Tender haqqında bütün məlumatlar www.tender.gov.az saytında yerləşdirilmişdir.

Lakin texniki səhv olaraq tenderin qalibinin təklifi 33000 (otuz üç min) manat əvəzinə 330000 (üç yüz otuz min) manat kimi göstərilmişdir. Texniki səhv aradan qaldırılmışdır. Tender haqqında ətraflı məlumat almaq istəyənlər www.tender.gov.az saytında tanış ola bilərlər”.