Belarus – Azərbaycan oyununun hakimləri açıqlanıbbackend

Belarus – Azərbaycan oyununun hakimləri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda keçiriləcək Belarus – Azərbaycan oyununun təyinatları açıqlanıb.

İnterpress.az-ın məlumatına görə, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Məhəmməd Əl-Hakimə Fredrik Kliver və Markus Lundqren Klitte laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Qranit Magedonçi yerinə yetirəcək.

Qeyd edək ki, mayın 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Azərbaycan yığması bu gün Qazaxıstanın qonağı olacaq, Belarus seçməsi isə Slovakiya kollektivini qəbul edəcək.