Belarusda Silahlı Qüvvələrin hərbi hissələrinin hazırlığının yoxlanılmasına BAŞLANILDIbackend

Belarusda Silahlı Qüvvələrin hərbi hissələrinin hazırlığının yoxlanılmasına BAŞLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusda Silahlı Qüvvələrin hərbi hissələrinin hazırlığının yoxlanılmasına başlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayıb.

“Sentyabrın 30-da Silahlı Qüvvələrin birləşmə və hərbi hissələrinin yoxlanılmasının növbəti mərhələsi başlayıb.

Yoxlamada əsas diqqət Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissə və bölmələri tərəfindən nəzərdə tutulmuş tapşırıqları yerinə yetirmək üçün hazırlıq və bacarıqlara yönəldilib.

Yoxlama zamanı hərbi texnikanın hərəkəti nəzərdə tutulub. Ümumi istifadədə olan avtomobil yollarında və ərazilərdə mülki nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması mümkündür”, – məlumatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az