Belçikanın paytaxtı Brüsseldə evinin içərisində manqalda yemək bişirmək istəyən şəxs zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yanğınsöndürmə briqadasının verdiyi məlumata görə, polis əməkdaşları dünən gecə bir yaşlı şəxsin xəstə olması barədə məlumat aldıqdan sonra Anderlext rayonundakı mənzilə gediblər.
Zabitlər evə daxil olanda dəm qazı siqnalının işlədiyini görüblər. Evdə yaşayan, yaşlı olduğu deyilən şəxsin tüstüdən zəhərləndiyi müəyyən edilib.
Mənzildə təbii qaz xəttinin olmadığı, yemək bişirmək üçün qaz balonundan istifadə edildiyi, lakin balonun boş olduğu üçün mənzildə yaşayan şəxsin manqal yandırdığı müəyyən edilib.
Hamamda manqal bişirərək yemək bişirmək istəyən mənzil sakini tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxsin müalicəsi davam etdirilir.