Rusiyalı məmur 3-cü dəfə yaralanıb.
İnterpress.az xəbər verir ki, Rusiyanın Belqorod vilayətində rəsmi şəxs növbəti dəfə hava hücumuna məruz qalıb.
Məlumata görə, Qrayvoron dairəsinin rəhbəri Dmitri Pankov Qolovçino kəndinə Ukrayna PUA-sının hücumunun fəsadlarını qiymətləndirmək üçün gedib. O, yerli sakinə kömək edərkən ikinci dronun hədəfinə tuş gəlib.
Bildirilir ki, bu, məmurun vəzifədə olduğu müddətdə aldığı artıq üçüncü yaradır.
Başından qəlpə yaraları alan və kəllə-beyin travması keçirən Pankov xəstəxanaya yerləşdirilib.
Qubernator Qladkov onun həyatı üçün təhlükə olmadığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az






