Benzema penaltini boşa verdi, “Real” mövsümdə ilk dəfə xal itirdi – VİDEObackend

Benzema penaltini boşa verdi, “Real” mövsümdə ilk dəfə xal itirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya La Liqasının VII turu davam edir.

Turun maraqlı görüşlərindən biri Madriddə baş tutub.

“Real” “Osasuna”nı qəbul edib.

Oyunda hesabı meydan sahibləri açıblar. 42-ci dəqiqədə Vinisius Junior “kral klubu”nu hesabda önə çıxarıb.

50-ci dəqiqədə Kike status-kvonu bərpa edib.

Oyunun ən maraqlı anlarından biri 78-ci dəqiqə yaşanıb. Benzemaya qarşı cərimə meydançasındakı kobudluğu VAR-ın köməyi ilə penalti kimi dəyərləndirən matçın baş hakimi Qarsiyanı meydandan qovub.

Zərərçəkən isə əlinə düşən şansdan yararlana bilməyib. Benzemanın zərbəsi qapı tirinə dəyərək meydandan çıxıb.

Oyunda başqa ol olmayıb və Karlo Ançelottinin komandası mövsüm başlayandan bəri ilk dəfə xal itkisi ilə üzləşib.