Benzinlə ilan öldürmək istəyən personal turisti YANDIRDI – FOTOLARbackend

Benzinlə ilan öldürmək istəyən personal turisti YANDIRDI – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı turist Keniyada diri-diri yanmaq təhlükəsi ilə üzləşib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Restoran işçiləri ilanı benzinlə yandırmağa çalışarkən dəhşətli hadisə baş verib, gənc qadın ağır yanıq xəsarətləri alıb.

Hadisə Keniyada, Viktoriya gölünün sahilindəki restoranlardan birində baş verib.

Məlumata görə, 28 yaşlı moskvalı Mariya restoranda olarkən içəri ilan girib. Personal sürünəni məhv etmək üçün təhlükəli üsula əl atıb: onlar ilanın üzərinə benzin tökərək yandırıblar.

Qorxudan stulun üzərinə çıxan Mariya dəhşətli anlar yaşayıb. Benzin buxarları yuxarı qalxıb və alov dərhal qadının paltarına və bədəninə keçib.

Nəticədə turistin bədəninin 40 faizindən çoxu ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri alıb.

O, təcili xəstəxanaya çatdırılıb, daha sonra paytaxt Nayrobiyə köçürülüb və orada artıq dörd əməliyyat keçirib.

Zərərçəkənin vəziyyəti ağır olduğu üçün onun Rusiyaya daşınması hələlik mümkün deyil.

Xarici İşlər Nazirliyi uçuşun tibbi risklərini əsas gətirərək təxliyənin təşkilindən imtina edib.

Xuraman Etibarlı

İnterpress.az