Beş ərəb xarici işlər naziri Vitkoff ilə Qəzzanın yenidən qurulmasını müzakirə edir.
İnterpress.az xəbər verir ki, bu barədə Səudiyyə telekanalı “Əl Hadath” məlumat yayıb.
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Vitkoff Dohada Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, İordaniya və Misirin xarici işlər nazirləri ilə görüş keçirir.
Əsas müzakirə mövzusu Qəzza zolağının yenidən qurulması ilə bağlı ərəb planıdır.
İclasda həmçinin Qəzza zolağının idarə olunması üçün inzibati komitənin yaradılması və yenidənqurma planının sürətləndirilməsi yolları müzakirə olunacaq.
Görüşdə Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin baş katibi Hüseyn əl-Şeyx, həmçinin atəşkəs və məhbusların azad edilməsi üzrə danışıqlarda vasitəçilik edən Qətər və Misirin nümayəndələri də iştirak edir.
Xuraman Etibarlı
İnterpress.az