Britaniyada biletlərin “qara bazarda” satışı qadağan edilib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Britaniya hökuməti konsert və idman tədbirlərinə alınan biletlərin ilkin qiymətdən yuxarı məbləğə yenidən satışını tam qadağan etməyə hazırlaşır.
Yeni qaydalarla platformalar yalnız biletin orijinal qiymətinə satışa icazə verəcək və xidmət haqları məhdudlaşdırılacaq.
Məşhur ifaçılar — o cümlədən Coldplay və Dua Lipa — uzun müddətdir belə satışların fanatlara zərər vurduğunu bildirir və hökuməti sərt addımlara çağırırdı.
Qanun layihəsi yaxın günlərdə təqdim ediləcək.
Xuraman Etibarlı
İnterpress.az






