Bu oyun pedofil və fırıldaqçıların yuvasına ÇEVRİLDİ – Valideynlərə XƏBƏRDARLIQbackend

Bu oyun pedofil və fırıldaqçıların yuvasına ÇEVRİLDİ – Valideynlərə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Roblox” videooyunda 7–14 yaşlı uşaqlar əsas hədəfə çevrilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Son aylarda “Roblox” videooyununda azyaşlılara qarşı təhlükəli halların sayı kəskin artıb. Son üç ayda qeydə alınan bütün insidentlərin yarısı məhz uşaqlara qarşı seksual xarakterli davranışlarla bağlıdır.

Bu hallar arasında nalayiq yazışmalar, şəkil və video tələb edilməsi, eləcə də personajlar vasitəsilə “virtual cinsi əlaqə” cəhdləri yer alır. Həmçinin zorakılıq səhnələri yaradılır, uşaqlara hədə-qorxu gəlib, onların oyun daxili valyutasını oğurlayırlar.

Əsas problem yaş nəzarətinin olmamasıdır. İstənilən istifadəçi öz doğum tarixini istədiyi kimi qeyd edərək eyni məkana, o cümlədən səsli söhbətlərə düşə bilir.

Xüsusilə təhlükəli zonalar moderatorların görə bilmədiyi özəl otaqlardır. Əksər qanunsuzluqlar məhz həmin məkanlarda baş verir və oradan uşaqlar kənar messencerlərə cəlb olunur.

Xuraman Etibarlı

İnterpress.az