Moskvada hündürmərtəbəli binada yük lifti qırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Moskvada Normandiya yaşayış kompleksində lift xarab olub. İlkin məlumata görə, liftdə bir nəfər olub. O, 21-ci mərtəbədən enərkən lift qəfildən qırılıb aşağı düşüb.
Yaralının huşu özündədir. Xilasedicilər hadisə yerinə yollanıb.
Çoxmərtəbəli binanın sakinləri bildirirlər ki, liftlərdə problemlə bağlı artıq dəfələrlə şikayət etsələr də, hələ də həllini tapmayıb.
Xuraman Etibarlı
İnterpress.az