Krasnoyarskda kişi işdən bir gün gec çıxarıldığı üçün milyon rubl təzminat qazanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məhkəmə işçinin xeyrinə qərar verərək şirkəti 1,13 milyon rubl ödəməyə məcbur edib və işçini vəzifəsinə bərpa edib.
Krasnoyarsk sakini olan kişi işəgötürəni məhkəməyə verərək ondan iri məbləğdə təzminat tələb edib. Səbəb isə qeyri-adi olub: işəgötürən onu istədiyi tarixdən bir gün gec işdən azad edib.
Məhkəmə zərərçəkənin tərəfini tutaraq onun iddiasını təmin edib. Qərara əsasən, şirkət işçiyə 1,13 milyon rubl (təxminən 25 min manat) kompensasiya ödəməlidir. Bundan əlavə, məhkəmə işçinin əvvəlki vəzifəsinə bərpa olunması barədə hökm çıxarıb.
Xuraman Etibarlı
İnterpress.az






