Bişkek Vaşinqtondan Qırğızıstan şirkətlərinə görə XAHİŞ ETDİbackend

Bişkek Vaşinqtondan Qırğızıstan şirkətlərinə görə XAHİŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bişkek Vaşinqtondan Qırğızıstan şirkətlərinin sanksiyalardan çıxarılmasını istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə qırğız mediası Qırğızıstan XİN-ə istinadən məlumat verib.

Qırğızıstan xarici işlər nazirinin müavini Abakirov ABŞ-nin sanksiyalar siyahısına “Keremet Bank”, “Qazprom Neft Asiya” və “Munay Mırza” şirkətlərinin daxil edilməsi ilə əlaqədar ABŞ səfiri Vidderini görüşə dəvət edib.

O, Qırğızıstan tərəfinin bu şirkətlərin bu siyahıya daxil edilməsindən çaşqınlıq içində olduğunu vurğulayaraq, onların xaric edilməsini xahiş edib.

Öz növbəsində səfir ABŞ-nin qarşılıqlı məqbul həll yollarını birgə axtarmağa hazır olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az