Bitkilər kəsilərkən və ya susuzluqdan “QIŞQIRIR” – ARAŞDIRMAbackend

Bitkilər kəsilərkən və ya susuzluqdan “QIŞQIRIR” – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər müəyyən ediblər ki, bitkilər kəsilərkən və ya susuzluqdan “qışqırır”.

İnterpress.az xəbər verir ki, bu barədə “ScienceAlert” məlumat yayıb. Bildirilir ki, elm adamları bitkilərin kəsilməkdən və ya rütubətsizlikdən “qışqırdığını” müəyyən ediblər.

Təcrübə çərçivəsində pomidor və tütün bitkilərinin gövdələri kəsilərək susuz səs keçirməyən akustik kameraya yerləşdirilib.

Mütəxəssislər xüsusi avadanlıqdan istifadə edərək, bitkilərin stress altında olduqları zaman insan qulağına tamamilə eşidilməyən ultrasəs tezliklərində çırtma və ya çınqıl səsləri “yaratdığını” aşkar ediblər. Lakin elm adamları bitkilərin bu səs-küyü tam olaraq necə yaratdığını hələ də anlaya bilməyiblər.

Xuraman Etibarlı

İnterpress.az