“Biz miqrasiyanı qadağan edə bilmərik” – Matviyenkobackend

“Biz miqrasiyanı qadağan edə bilmərik” – Matviyenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz miqrasiyanı qadağan edə bilmərik”.

interpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

O deyib ki, miqrantlarla bağlı məsələlərdə mövzunun radikallaşmasına yol verilməməlidir.

Onun sözlərinə görə, mövzu internetdə və cəmiyyətdə “bir qədər radikallaşma ilə” aktiv şəkildə müzakirə olunur:

“Düzdür, problemlər var. Ancaq ayrı-ayrı epizodları miqyaslandırmağa ehtiyac yoxdur.

MDB məkanında üfüqi əlaqələri, insani əlaqələri gücləndirmək çox vacibdir. Bu, Rusiya və MDB ölkələri xalqları arasında dostluğun davamıdır.

Biz eyni dövlətdə yaşayırdıq, ortaq adət-ənənələrimiz, ümumi maraqlarımız var”, – Matviyenko qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az