Bizim xilasediciləri aşağılayan türk həkimə Fulya Öztürkdən SƏRT CAVABbackend

Bizim xilasediciləri aşağılayan türk həkimə Fulya Öztürkdən SƏRT CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, türk həkim Nüket Eroğlu günlərdir ki, davam edən yanğınlarda çalışan yanğınsöndürənlərimiz haqqında xoşagəlməz sözlər işlədərək, onların əməyini aşağılayıb.

Yuxarıda adı çəkilən həkimə jurnalist Fulya Öztürk özünün ” Fulya ilə Umudun olsun” verilişində sərt cavab verib. O, əvvəlcə yanğınsöndürənlərimizlə bağlı xüsusi bir reportaj yayımlayıb. Bundan sonra isə Fulya həmin həkimi sözlərinə görə sərt tənqid edib. Öztürk onun tarixi bilmədiyini, cahil olduğunu deyib:

“Cahilsən. Mustafa kamal Atatürkün bir sözü var: Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Əgər bilmirsənsə, mən sənə tarixi öyrədim. Biz Azərbaycanın ən pis günündə yanlarında idik, onlar da bizim ən pis günümüzdə yanımızdadırlar.

Xatırladaq ki, Nüket Eroğlu “Bir qrup kimliyi bəlli olmayan azərbaycanlı əsgərlər mənim torpağımda gəzir” ifadəsi yerli məşhurlarımızın qəzəbinə də tuş gəlib. Xüsusilə, Tolik və Pərvin Abıyeva həmin videonun şərh hissəsində həkimi tənqid edərək, ünvanına sərt sözlər işlədiblər.