ABŞ Kiyevə silah verməkdən imtina edərsə, Aİ ölkələri Amerikanı əvəz edə bilməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Məqalədə deyilir ki, Avropa özünün yenidən silahlanma ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Birləşmə ölkələri Kiyevə ən çox pul verib, lakin ABŞ onun ən böyük hərbi donorudur.
“Açıq elan edilən raket tədarükünün yarısından çoxu ABŞ-dan gəlir”, – nəşr yazıb.
Qeyd olunur ki, Kiyev sovet arsenallarını Qərb silahları ilə əvəzləyib və həm atıcı silahların döyüş sursatı, həm də artilleriya baxımından ABŞ-dən xüsusilə asılı vəziyyətə düşüb.
Xuraman Etibarlı
İnterpress.az