BMT-nin Livandakı sülhməramlı bazasındakı obyekt təsadüfən vuruldu – İsrail ordusubackend

BMT-nin Livandakı sülhməramlı bazasındakı obyekt təsadüfən vuruldu – İsrail ordusu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Livandakı sülhməramlı bazasındakı obyekt təsadüfən vurulub.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilir. Bildirilir ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlı qərargahı ərazisindəki obyekt təsadüfən İsrailin hücumuna məruz qalıb.

Qeyd olunur ki, insidentdən bir neçə saat əvvəl BMT sülhməramlılarına sığınacaq tapıb orada qalmaq əmri verilib.

Xatırladaq ki, oktyabrın 10-da İsrail Müdafiə Qüvvələri Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin sülhməramlı qərargahının ərazisindəki obyektə hücum edib.

Missiya mövqelərinə ümumilikdə üç zərbə endirilib, onlardan biri müşahidə qülləsinə dəyib və iki sülhməramlı yaralanıb.

Bu hadisə geniş beynəlxalq rezonans doğurub. Fransa, Çin, Türkiyə, Rusiya, Ukrayna, İran və Ermənistan da daxil olmaqla bir sıra ölkələr “sülhməramlıların atəşə tutulmasından” qəzəbləndilər.

Xuraman Etibarlı

İnterpress.az