BMT: Qəzzada hər saat 2 ana öldürülürbackend

BMT: Qəzzada hər saat 2 ana öldürülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada ölənlərin sayının 25 mini keçdiyinə diqqət çəkərək, “hər saat 2 ananın öldürüldüyünü” açıqlayıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım üzrə koordinatoru Martin Qriffits bildirib.

Qəzzada izdihamlı xəstəxanaların bombardmana məruz qaldığını bildirən Qriffits evlərin dağıntıya çevrildiyini qeyd edib.

Qriffits təhlükəsiz ərazilərin təhlükəli ərazilərə çevrildiyini bildirib.

“Vəhşiliklərdə azalma yoxdur”

“Oktyabrın 7-dən bu yana Qəzzaya qarşı vəhşiliklərdə azalma olmadığını” bildirən Qriffits Qəzzada hər saat 2 ananın öldürüldüyünü açıqlayıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 10 min 800-ü uşaq, 7 min 250-si qadın olmaqla 25 min 295 fələstinli həyatını itirib, 63 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu məlumdur. İnsanların sığındığı xəstəxanalar və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.