BMT Şimali Koreyanın yeni ballistik raket sınağını pisləyibbackend

BMT Şimali Koreyanın yeni ballistik raket sınağını pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Şimali Koreyanın qitələrarası ballistik raket sınağını pisləyib.

İnterpress.az xəbər verir ki, Baş katib bununla bağlı bəyanat yayıb.

Bəyanatda Şimali Koreyadan BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında bütün müvafiq beynəlxalq öhdəliklərə tam əməl etməyə çağırılıb və onu gələcək sabitliyi pozan hərəkətləri dərhal dayandırmağa çağırılıb.

Şimali Koreya dünən səhər Cənubi Koreyanın Yaponiya ilə yaxınlaşması və ABŞ ilə birgə təlimindən sonra “düşmənlərə qorxu salmaq” üçün qitələrarası ballistik raket buraxdığını açıqlayıb.

Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreyanın atdığı raketin 6 min 45 kilometr yüksəkliyə çatdığını və ölkənin şərq sahillərindəki sulara düşmədən əvvəl 1000 kilometr yol qət etdiyini bildirib.