Rusiyada boksçu barda gənci döyərək öldürdü: Qatil sərbəst buraxıldı
İnterpress.az xəbər verir ki, Rusiyanın Lipetsk şəhərindəki barlardan birində dəhşətli qətl hadisəsi törədilib.
Məlumata görə, “Myata” qəlyan-barında istirahət edən 29 yaşlı Roman Andreyevə yaxınlaşan 27 yaşlı boksçu Ruslan Oqlı qəfildən ona hücum edib.
Peşəkar zərbələrlə rəqibini yerə yıxan idmançı onu amansızcasına döyməyə davam edib. Roman aldığı xəsarətlərdən və qanaxmadan hadisə yerində boğularaq ölüb.
Hadisənin şok yaradan tərəfi odur ki, mərhumun dostları döyülməyə demək olar ki, mane olmayıblar, hətta onlardan biri sonradan qatili qucaqlayıb.
Davanın qurbanın keçmiş sevgilisi üstündə yarandığı bildirilir.
Daha əvvəl quldurluq və qadına xəsarət yetirmə maddələri ilə məhkum olunmuş Ruslan Oqlı saxlanılsa da, dindirildikdən sonra başqa yerə getməmək barədə iltizamnamə ilə sərbəst buraxılıb. Bu qərar cəmiyyətdə ciddi narazılıq yaradıb.
Xuraman Etibarlı
İnterpress.az






