Boksçu İman Xelif kiber zorakılığa görə Twitter-i məhkəməyə verib. Burada Elon Musk, Coan Roulinq və Donald Trump var.
interpress.az xəbər verir ki, İman Xelifin şikayəti Paris Prokurorluğunda internetdə nifrətin qızışdırılması ilə mübarizə mərkəzinə göndərilib.
İddia ərizəsində idmançı “şiddətli kiber təqib hərəkətləri” ilə üzləşdiyini bildirir.
Şikayətdə yazıçı Coan Roulinq, X sosial şəbəkəsinin sahibi İlon Mask və Donald Trumpın adları çəkilir.
Vəkil Xelif Nabil Budi izah edib ki, Fransa qanunları idmançının təqibində iştirak edən bütün insanlara qarşı istintaq aparılmasına icazə verir.
Onun sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı da istintaq aparıla bilər, çünki o da Xelif haqqında tvit yazıb.
Xuraman Etibarlı
İnterpress.az