Gürcüstanın Bolnisi rayonunun Kveşi kəndinin sakinləri RMG Gold şirkətinin işlərinə etiraz edirlər. Yerli sakinlərin sözlərinə görə, onlar dözülməz şəraitdə yaşamalı olurlar. Əhalinin sözlərinə görə, kənddə hər gün 200-dən çox iri yük maşını hərəkət edir ki, bu da toz və səs-küyə səbəb olur, azyaşlı uşaqların təhlükəsizliyi təhlükə altındadır.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, kənd sakinləri kömək istəyir.
Yerli əhali şirkətdən yolun bu hissəsindən istifadəni dayandırmağı və kənddə müvafiq infrastrukturun təşkilini tələb edir.
“Bu səs-küy bizi gecə-gündüz narahat edir, indi dərslər başlayır, uşaqlar necə dərsə getməlidirlər, çox təhlükəlidir. 2-3 ildir ki, belə şəraitdə yaşayırıq. Yerli özünüidarə orqanlarına müraciət etmişik, amma heç kimdən cavab almamışıq”, – deyə kənd sakini bildirib
Etirazlara baxmayaraq, RMG Gold şirkətinin və yerli hökumətin nümayəndələri xalqla görüşməyib.