Bolqarıstanda daşqınlar nəticəsində 2 nəfər ölübbackend

Bolqarıstanda daşqınlar nəticəsində 2 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanın cənub-şərqində leysan yağışların səbəb olduğu sel nəticəsində 2 nəfər həyatını itirərkən, itkin düşən 3 nəfərin axtarışları davam edir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bolqarıstan Xəbər Agentliyinin (BTA) xəbərinə görə, Baş nazir Nikolay Denkov ölkənin Qara dəniz sahilində yerləşən Tsarevo şəhərində daşqınların insan tələfatına səbəb olduğunu açıqlayıb.

Denkov bölgədəki vətəndaşların təxliyə edildiyini və bunun təhlükəli olduğu səbəbi ilə bölgədə çimməmək barədə xəbərdarlıq edildiyini bildirib.

Sel nəticəsində 2 nəfərin həyatını itirdiyini qeyd edən Denkov, 3 nəfərin itdiyini bildirib.

Baş nazir Denkov, son 24 saatda yağıntı miqdarının aylıq ortalamanın 3-4 qat artdığını ifadə edib.

Bolqarıstan polisi bildirib ki, 112 fövqəladə qaynar xəttinə daşqınlar səbəbindən çətin vəziyyətdə olan insanlar barədə çoxlu məlumat daxil olub.

Qeyd olunub ki, seldə itən 3 nəfərin axtarışları davam etdirilir.